Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilir



Newscenter.az.2.11.2021. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün Saxta xalça məhsullarının müəyyən edilməsi mövzusunda təlim başlayıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, təlim "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar gömrük əməkdaşlarının bu sahədəki bilik və bacarıqlarının daha da artırılması məqsədilə keçirilir.

Tədbirin əvvəlində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarəolunması şöbəsinin rəisi Vasif Qurbanov təlimin əhəmiyyəti, məqsədi, bu sahədə mövcud qanunvericiliyin tələbləri və ona edilmiş əlavə və dəyişikliklər barədə iştirakçıları məlumatlandırıblar.

Daha sonra təlimçilər "Azərxalça" ASC tərəfindən istehsal olunan məhsullara verilən sertifikat nümunələri, xalça məhsulları üzərinə vurulan etiket formaları və QR kodlardan istifadə qaydaları, eləcə də xalçaların eyniləşdirmə metodları ilə bağlı gömrükçüləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, 4 gün davam edəcək təlimlər "Azərxalça" ASC-nin mütəxəssisləri tərəfindən keçirilir.

Sevinc
Xəbəri paylaş