Newscenter.az.3.11.2021. Almaniyanın paytaxtı Berlin şəhərində Zəfərə gedən 44 gün adlı tədbir keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini Nuran Abdullayev deyib ki, tədbir noyabrın 7-də baş tutacaq.
Bildirilib ki, Zəfər Gününə həsr olunacaq "Zəfərə gedən 44 gün" adlı tədbir ümumilikdə iki hissədən ibarətdir.
Birinci hissə Berlinin Brandenburq qapılarının önündə Zəfərimizə həsr edilən və eləcə də Azərbaycan həqiqətlərini, mədəniyyətini özündə əks etdirən açıq hava sərgisindən ibarət olacaq. Sərgidə qonaqlara beş fərqli dildə Azərbaycan həqiqətləri çatdırılacaq.
Tədbir rəsmi çıxışlarla ikinci hissəsində davam edəcək.
Mehman