Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniya parlamentinin nümayəndələri "ASAN xidmət"də



Newscenter.az.3.11.2021. Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Newscenter.az xəbər verir ki, qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Həmçinin qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülmüş işlər barədə qısa təqdimat edilib. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sevinc
Xəbəri paylaş