Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan “OPEC plus” üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barrel artırılması üzrə konsensusa qoşulub



Newscenter.az.4.11.2021. “OPEC plus” ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.

Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib: “Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.

Sevinc
Xəbəri paylaş