Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Özbəkistan MOK-ları arasında anlaşma memarandumu imzalanıb



Newscenter.az.4.11.2021. Daşkənddə baş tutan illik beynəlxalq regional forumda iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev və Özbəkistan MOK-nun prezidenti Rustam Şaabdurrəhmanov Azərbaycanla Özbəkistan Milli Olimpiya Komitələri arasında anlaşma memarandumu imzalayıblar.

Newscenter.az xəbər verir ki, Milli Olimpiya Komitələrinin rəhbərləri və məsul şəxslərinin iştirak etdiyi forumun məqsədi MDB dövlətləri, Baltikyanı ölkələr və Gürcüstan arasında siyasi, iqtisadi, mədəni sahələrdə, idman istiqamətində davam edən əməkdaşlığı daha da gücləndirmək, təcrübə mübadiləsi aparmaq və birgə inkişaf üçün yeni planları müzakirə etməkdir.

Qitənin 14 ölkəsindən 34 nümayəndənin qatıldığı forumda Azərbaycan Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev və MOK-un Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Anar Bağırov da iştirak edib. Azərbaycan Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev “Azərbaycan Milli Olimpiya Komitəsinin 2017-2021-ci illərdəki fəaliyyəti haqda” məruzə ilə çıxış edib. MDB, Baltikyanı ölkələr və Gürcüstan MOK rəhbərlərinin regional forumunun iştirakçıları idmanın inkişafı ilə bağlı təklifləri müzakirə etməklə yanaşı, həmçinin yeni strateji planlarla bağlı fikir mübadiləsi də aparıblar.

Mehman
Xəbəri paylaş