Newscenter.az.4.11.2021. “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
Bu barədə Newscenter.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Xamis Seyranovla görüşüb.
Komitə sədri deyib ki, bilikli, savadlı vətəndaşlarla işləməyi bacaran insan uğurlu rəhbər ola bilər.
Eyni zamanda qeyd edilib ki, Dövlət Komitəsinin mentorluq proqramı komitə sədri ilə görüş və söhbətlərdən, məcburi köçkünlərlə görüşlərdən, onların məskunlaşdıqları ərazilərə səfərlərdən ibarət olacaq.
Müsabiqənin qalibi Xamis Seyranov Rövşən Rzayevin Dövlət Komitəsinin sədri kimi və ondan öncəki fəaliyyəti ilə tanış olduğunu deyib, ondan uğur yolu, təcrübəsi barədə məsləhətlər, tövsiyələr almaq istədiyini vurğulayıb.
Sevinc