Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saxta məhsullara qarşı mübarizə mövzusunda seminar keçirilib



Newscenter.az.4.11.2021. Noyabrın 4-də Bakıda "Tərkibində LVMH qrupuna məxsus şirkətlərin əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarətinin aparılması və o cümlədən də, pirat və kontrafakt mallarla əsllərinin fərqləndirilməsinə dair" təlim keçirilib.

Newscenter.az xəbər verir ki, təlimdə DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Komitənin aidiyyəti struktur bölmələrinin əməkdaşları, "Möet Hennesy" şirkətinin ekspertləri iştirak ediblər.

BHM Hüquq Şirkətinin və "Möet Hennesy" şirkətinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi pirat və kontrafakt mallarla əsllərinin fərqləndirilməsinə dair məlumat vermək, saxta məhsullara qarşı mübarizə istiqamətində Dövlət Gömrük Komitəsi ilə daha da yaxından əməkdaşlıq etmək olub.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi

Səməd Qaralov çıxışında qarşıdan gələn Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Baş İdarə rəisi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatların biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına, gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını da diqqətə çatdırıb.

Pirat və kontrafakt malların müəyyənləşməsi ilə bağlı keçirilən təlimi əhəmiyyətli hesab edən Səməd Qaralov belə tədbirlərin gömrükçülər üçün önəmli olduğunu da vurğulayıb.

Təlimdə həmçinin əqli mülkiyyət hüquqlarının qorunması, bu sahədə gömrük orqanları tərəfindən görülən işlər və gələcək əməkdaşlıq imkanlarına dair məsələlər, o cümlədən Komitə tərəfindən həyata keçirilən layihələr, yeniliklərdən söhbət açılıb, ticarətin asanlaşdırılması sahəsində səlahiyyətli iqtisadi operator institutunun tətbiqinin Azərbaycanda başlanması və onun genişləndirilməsinin vacibliyi qeyd olunub.

Daha sonra "Möet Hennesy" şirkətinin ekspertləri-Flavie Jost və Garance Lacroix-Nahmais şirkətin bu sahədə apardığı siyasət, istehlakçıların hüquqlarının qorunmasının əhəmiyyəti, kontrafakt məhsulların əsilləri ilə fərqləndirilməsi mövzuları ilə bağlı təqdimatlarla çıxış ediblər. Gələcəkdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacib və əhəmiyyətli olduğunu qeyd edən ekspertlər Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini də diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Sevinc
Xəbəri paylaş