Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İƏT Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib



Newscenter.az.4.11.2021. İslam Əməkdaşlığı Təşkilatı ( İƏT) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, 44 günlük Vətən müharibəsində həlak olmuş bütün şəhidlərin xatirəsini ehtiramla yad edir.

Newscenter.az xəbər verir ki, bu barədə İƏT-in Baş katibliyinin açıqlamasında bildirilir.

“İƏT Azərbaycanla Ermənistan arasındakı münaqişənin təşkilatın, habelə BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun şəkildə həllini dəstəkləyib. Baş katiblik bir daha Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına hörmət etməyə, hər hansı ərazi iddiaları irəli sürməməyə çağırır”, – açıqlamada deyilir.

Bununla yanaşı, İƏT-in Baş katibliyi azad edilmiş ərazilərdə azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün Azərbaycan hökumətinin gördüyü bərpa işlərini alqışlayıb, təşkilatın bütün üzv ölkələrini, beynəlxalq birliyi bu məsələdə yardım və dəstək göstərməyə çağırıb.
Xəbəri paylaş