Newscenter.az.5.11.2021. Azərbaycanın təhsil müəssisələrində İKT üzrə artan tələbatı və bu tələbatın pandemiya şəraitində daha da zəruriliyini nəzərə alaraq 2022-ci ildə ümumi təhsil müəssisələri üçün 40 mindən çox kompüter alınması və yeni elektron sistemlərin yaradılması nəzərdə tutulub.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Bundan başqa, sənədə əsasən, əlavə 50 məktəbdə mühafizə xidmətinin təşkil edilməsi planlaşdırılır.