Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəli Yıldırım “Zəfər” Yarmarkasında



Newscenter.az.5.11.2021. Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “YAŞAT” Fondunun təşkil etdiyi “Zəfər” yarmarkasını ziyarət edib.

Newscenter.az-ın xəbərinə görə, qonağa məlumat verilib ki, 29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur. Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Binəli Yıldırım ərazidə quraşıdırlan “ASAN ödəniş” terminalı vasitəsi ilə “YAŞAT” Fonduna 1000 AZN məbləğində ianə edib.



Sevinc
Xəbəri paylaş