Newscenter.az.5.11.2021. "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, ötən həftə V.Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və o, azadlığa buraxılmışdır.