Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmur savadsız olanda, ağıllı insanların "başını kəsir”



Newscenter.az.5.11.2021. Savadsız rəhbər öz ətrafında savadlı kadr istəmir. Təssüflər olsun ki, çox vaxt bunun şahidi oluruq. Məhz belə bir vəziyyətdə həmin təşkilat iflic vəziyyətə düşür. Təşkilatın iflic vəziyyətinə düşməsinin ilk simptomları həmin vəzifəyə işə aidiyyatı olmayan və buna görə də ixtisaslı, bilikli işçilərə qısqanclıqla yanaşan insanların vəzifə başına gətirilməsidir. Bu, reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Bizdə vətənpərvərliklə bağlı çoxlu mövqe və baxışlar var. Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır.

Bizdə bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi qurumlara, ilk növbədə, öz adamlarını gətirirlər. Orada 10-15 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamları ətrafına yığır. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən çıxarmaq olmaz. Əgər bir kadr 10-15 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların "başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.

Mən şəxsən son zamanlar Azərbaycan Respublilasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardıqı islahatlara inanıram və ümidvaram ki, bütün dəyər verən Xalqımız Prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanımızın cicəklənməsində fəal iştirak edəcəklər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş