Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova "Fəxri fərman"la təltif edildi-FOTO



Newscenter.az.7.11.2021. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi tərəfindən “Fəxri Fərman”a layiq görülməyimdən şərəf duydum.
Birinci və İkinci Qarabağ müharibəsi əlillərini əhatə edən İB tərəfindən mükafatlandırılmağım mənim üçün mühüm əhəmiyyətə malikdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. O bildirib ki, Vətənimizin azadlığı naminə igidliklər nümayiş etdirmiş xalqın qəhrəmanlarının millət vəkilinin fəaliyyətini dəyərləndirməsi qürurverici bir haldır:

"Torpaqlarımız uğrunda fədakarlıqla mübarizə aparmış hər bir müharibə iştirakçısı bizim fəxrimizdir. Vətənpərvərliyi, Vətənə sonsuz sevgisi ilə gələcək nəslə nümunə olan bu qəhrəmanlar dövlətimiz tərəfindən diqqət və qayğı ilə tam əhatə edilib. Təbii olaraq dövlət başçımızın bu istiqamətdə apardığı siyasətə dəstək olaraq mən də əlimdən gələni əsirgəmir və bu yöndə səylərimi davam etdirirəm. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin bütün üzvlərinə göstərdikləri diqqətə görə dərin təşəkkürlərimi bildirirəm".

Ruhiyyə
Xəbəri paylaş