Newscenter.az.7.11.2021. Qardabani Gənclər Mərkəzi, “Gənclərin Töhfəsi” İB və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İB birgə təşkilatçılığı, AR Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.
Newscenter.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycanının Gürcüstandakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Onur Sevim, AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nəriman Əliyev, Sabit Məmmədov və Ceyhun Abbasov, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev, “Gənclərin Töhfəsi” İB sədri Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsiliyi” İB sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova, keçmiş millət vəkili, “Gürcüstan Azərbaycanlıları Şurası”nın sədri İshaq Novruzov, “Yeşilay” Gürcüstanın sədri Zviad Kochalidze, “Yeşilay” Gürcüstanın idarə heyətinin üzvü Həcər Mustafayeva, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə” İB sədri Musa Hacıyev və bir çox gənclər iştirak etdi. 1-ci yer üzrə qaliblərə planşet, 2-ci və 3-cü yer qaliblərə mobil telefonlar, digər iştirakçılara isə qol saatı, müxtəlif qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.
Layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcək.