Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionu böyük müharibəyə çəkirlər



Newscenter.az.7.11.2021. İraqın baş nazirinin iqamətgahına PUA hücumu haqda səhər yazmışdım. Bir daha deyirəm kı, regionu böyük müharibəyə çəkirlər və belə görünür ki, bu dəfə İraqdan başlamaq planı test olunur.

Ona görə bu dəfə kı, bundan əvvəl gərginlik Azərbaycan ətrafında yaradılırdı və yüksək ehtimalla seçimin artıq bizdən yan keçdiyini söyləmək olar. Bizdən yan keçməsinin isə bir neçə səbəbi var.

Birinci səbəb Rusiyanın hər hansı böyük savaşın onun sərhədləri yaxınlığında baş verməsini istəməməsidir.

İkinci səbəb fikrimcə, Türkiyənin goesiyasi qarşıdurma coğrafiyasının genişlənərək Cənubi Qafqaza yayılmasını məqbul saymamasıdir, çünki bu, həm Rusiya, həm də İranla açıq qarşıdurmaya getməkdir.

Üçüncü səbəb Azərbaycan hakimiyyətinin gərginliyi yalnız imitasiya edərək vəziyyəti nəzarətdə saxlamasıdır.

Dördüncü səbəb İranın Azərbaycandakı resurslarının elə həmin İraqda müqayisədə yetərli olmaması və onun şimal bölgəsində müharibə baş verə biləcəyi halda separatizm kimi risklərin daha yüksək olmasıdır.

Digər səbəblər də var, amma fikrimcə əsas olan bunlardır.

Qaldı Yaxın Şərq bölgəsində gərginliyin və müharibə təhlükəsinin artmasına bu, bizim üçün istənilən halda təhlükəlidir.

Çünki Azərbaycan Rusiyanın Yaxın Şərqə çıxışı üçün ən əlverişli quru yoludur və bu mənada həm 44-günlük müharibə zamanı, həm də ondan sonrakı bir il ərzində diqqətin və səylərin əsasən kommunikasiyaların açılmasına yönəlməsi heç də təsadüfi deyil.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin sədri
Xəbəri paylaş