Newscenter.az.7.11.2021. Zəfər bayramı münasibətilə Salyan Rayon Mərkəzi Xəstəxanasında nümunəvi aksiya keçirilib.
Newscenter.az xəbər verir ki, bizə zəfər bayramını yaşadan şəhidlərimizin ailə üzvləri Bakı şəhərindən dəvət olunmuş və yerli həkimlərlə birgə tam tibbi müayinə edilib.
Belə ki , şəhid valideynləri, həyat yoldaşları, bacıları 18 ixtisas üzrə professional müalicədən keçiblər. Müayinənin məqsədi xəstəliklərin vaxtında aşkarlanması və bu insanlara xüsusi qayğı olaraq daimi tibbi nəzarətin təşkil edilməsi idi.
Müayinədən keçmiş şəhid ailə üzvləri ehtiyac duyulan dərman preparatları ilə təmin edilib, onkoloji xəstəliklərin vaxtında aşkarlanması üçün biopsiyalar icra edilib.
Bu addım digər xəstəxanalar üçün də nümunə olmalıdır . Bizə bu zəfər bayramını yaşadan şəhidlərimizin ailələri daima Salyan xəstəxanasının diqqətində və nəzarətində olacaq.
Mehman