Newscenter.az.7.11.2021. Ankarada Türkiyə Prezident Administrasiyası yanında Milli Kitabxanada Qazaxıstan, Türkiyə və Azərbaycandan tanınmış ictimai və siyasi xadimlərinin iştirakı ilə “Türk dünyası: Tarix, bu gün, gələcək” Beynəlxalq Konfransı keçirilib.
Newscenter.az xəbər verir ki. Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş tədbir Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı Kitabxanası, Xarici İşlər Nazirliyi və bu ölkənin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
İştirakçılar Türk dövlətləri arasında əməkdaşlıq, xalqlarımızın tarixi və mədəniyyətinin öyrənilməsi və təbliği istiqamətində fikir mübadiləsi aparıblar.
Konfransda Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türk dünyasında inteqrasiya perspektivləri mövzusunda çıxış edib.
Konfransdan sonra Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı Kitabxanası ilə Türkiyə Prezident Administrasiyası yanında Milli Kitabxana arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mehman