Newscenter.az.7.11.2021. Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr. Füzuli Məcidli Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) təşkilatçılığı ilə keçirilən “Qlobal güc mücadiləsinin kölgəsində inteqrasiya arayışları və Türk dünyası” beynəlxalq konfransının açılış sessiyasında çıxış edib.
Newscenter.az xəbər verir ki, Akademiya prezidenti Darxan Kıdıralinin təbriklərini çatdıran F.Məcidli türk ölkələri arasında inteqrasiyanın təkcə türk dünyasının deyil, bütün regionun maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Akademiya vitse-prezidenti çıxışında qeyd edib ki, Avrasiyada türk dövlətləri arasında əməkdaşlığın inkişafı Yeni Böyük İpək Yolunun canlanmasına imkan verib. O, həmçinin türk dünyasının inteqrasiya prosesində elm və təhsilin strateji əhəmiyyətini vurğulayıb.
Rəsmi açılışından sonra konfrans “Avrasiya geosiyasəti və Türk dünyasının qlobal rəqabətdə rolu”, “Regional təhlükəsizlik məsələləri”, “Enerji və ticarət yollarının təhlükəsizliyi”, “Regional və qlobal təhlükəsizlik axtarışında Türk Şurasının rolu”, “Radikallaşma və terrorizm”, “Ortaq gələcək üçün necə bir yol xəritəsi?” və digər mövzularda panellərlə davam edib.
Sevinc