Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib-FOTOLAR



Newscenter.az.8.11.2021. Noyabrın 8-də Zəfər Günü münasibətilə Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində ağacəkmə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, aksiyada Milli Məclisin sədri Sahibə Qafarova, sədr müavinləri, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Milli Məclis Zəfər Günü münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlərə öz töhfəsini verməkdə davam edir. Belə ki, Milli Məclis 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə Qərar qəbul edib, bu tarixi günlə bağlı Bəyanat yayıb. Milli Məclisin deputatları Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki səfirlikləri tərəfindən Zəfər Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edir, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bötövlüyümüzün bərpa edilməsi barədə həqiqətləri diqqətə çatdırırlar.

Hazırda dünyanın müxtəlif ölkələrindən Milli Məclisin ünvanına Zəfər Günü ilə bağlı təbriklər gəlməkdə davam edir.

Arzu
Xəbəri paylaş