Newscenter.az.8.11.2021. Bu gün Nizami rayonunun Şəhidlər Xiyabanınında Zəfər Günü münasibətilə tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Könül Nurullayeva, Sədaqət Vəliyeva və Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti rəsmiləri, YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov, rayonunun ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə canından keçmiş qəhrəmanların xatirəsinə inşa edilmiş “Şəhidlər bulağı”nın açılış mərasimi olub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, Azərbaycan Ordusunun qüdrəti, xalqımızın birliyi və bərabərliyi nəticəsində qazanılan tarixi zəfərimizdən bəhs edib. Millət vəkili şəhid ailələrinin və qazilərin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmasından söhbət açıb.
"Bir daha bütün şəhidlərimizin ruhunu hörmət hissi ilə anır, onları yetişdirən valideynlərin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə uzun ömür və cansağlığı versin!".
Ruhiyyə