Newscenter.az.8.11.2021. “Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpağının hürriyətinə qovuşduğunu müjdələyən bu şanlı günü ən səmimi arzularımla təbrik edirəm”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr-Zəfər Günü ilə bağlı tviter hesabında yazıb.
“Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - dövlət başçısı paylaşımında bildirib.