Newscenter.az.8.11.2021. Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Yevlax şəhəri İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçsı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax Şəhərinin Mərkəzində Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra isə iştirakçılar Yevlax Şəhidlər Xiyabanında Şəhidlərin Xatirəsinə ucaldılmış Şəhidlər Abidəsi ziyarət edilmiş, önünə əklil və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Daha sonra tədbir Bəşir Səfəroğlu adına Xalq tetarında davam edib. Tədbir açıq elan olunduqdan sonra Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Zəfər tamaşası” adlı tamaşa nümayiş etdirilmişdir. Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.
Sonda iştirakçılar Zəfər günü münasibətilə Şəhərin Bakı prospektində və K.Sabitov küçəsində ağacəkmə aksiyasında iştirak etmişlər.
Saat 20:00-da isə Yevlax şəhərinin Mərkəzi Meydanında Zəfər günü münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
Mehman