Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda "buster" doza üzrə vaksinasiya olunanların sayı 500 minə çatır



Newscenter.az.9.11.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.
Xəbəri paylaş