Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər bayramını biz Bakıda, ruslar Xankəndində qeyd edir



Newscenter.az.9.11.2021. Dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycanın Qarabağ, Ermənistanın Sünik vilayətlərinə səfər edib. Bugün, Rusiyanın Cənubi Hərbi Dairəsinin komandir müavini, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov Yerevana gəlib. O sabah Xankəndinə yola düşəcək və rus qoşunlarının Qarabağda yerləşməsinin 1 -ci ildönümü münasibətilə təşkil olunmuş təntənəli tədbirdə çıxış edərək, 200-dək hərbi qulliqçunu təltif edəcək.

Ermənistan müdafiə nazirinin Sünikə getməsinə etiraz etməyə haqqımız yoxdur, amma Qarabağda səfəri qanunsuzdur.

Rusiyanın Cənubi Hərbi Dairəsinin komandir müavini Rüstəm Muradovun səfərinə gəlincə, o Qarabağa səfərini həmişə Ermənistan üzərindən reallaşdırır. Lakin, Fuzuli aeroportunun açılışından sonra da bunu təkrar etməsi daha böyük narahatlıq doğurur. Çünki, hazırda Xankəndinə qısa müddətdə çatmaq üçün Fuzuliyə uçmaq ordan davam etməklə mümkündür. Görünür ki, bu iki səbəbdən baş vermir. Birincisi, ruslar Xocalı aeroportunun istismarına hazırlaşırlar. İkincisi, rusların da Qarabağa Ermənistandan daxil olması yalnız təhlükəsizlik deyil, həm də siyasi məsələdir.
Noyabrın 10-da rus sülhməramlı qüvvələrinin separatçılarla birgə Xankəndində planlaşdırıdığı təntənəli tədbirə gəlincə, bu işğalın daha da möhkəmləndirilməsinə xidmət edir. Odur ki, Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirib, belə tədbirləri pisləməlidir.

Qubad İbadoğlu-Demokratiya və Rifah Partiyasının sədri
Xəbəri paylaş