Newscenter.az.10.11.2021. "Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq", - nazir vurğulayıb.
S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.