Newscenter.az.10.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 9-da ölkə üzrə 393 ictimai iaşə obyektində 676 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski küçəsi 98 ünvanında yerləşən, fiziki şəxs İbrahimxəlilov Anar Qüdrət oğluna məxsus “Olimp Dönər” kafesi;
2. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əliyeva küç., ev 27x ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Fizuli Qaraş oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Sevinc