Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb
Tarix: 10-11-2021, 21:36
Newscenter.az.10.11.2021. Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.
“Report” xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.