Newscenter.az.10.11.2021. “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.
Newscenter.az-a qurumdan daxil olan xəbərə görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalice Diaqnistika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
NEWSCENTER.AZ