Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir Yumruğumuz hər zaman “Damokl qılıncı” kimi ermənilərin başı üzərində hazır vəziyyətdə olmalıdır

Dəmir Yumruğumuz hər zaman “Damokl qılıncı” kimi ermənilərin başı üzərində hazır vəziyyətdə olmalıdır


Newscenter.az.10.11.2021. Bu gün 10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından bir il keçir. Üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə icazəsiz səfəri, separatçı “Artsax parlamenti”nin “Artsax xalqının azad və müstəqil həyata danılmaz hüququ haqqında” bəyanat qəbul etməsi, erməni silahlı törtöküntülərinin Şuşa istiqamətində təxribat törətməyə çalışması, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarının ermənilər tərəfindən atəşə tutulması, habelə Qaragöl istiqamətində mövqelərimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması onu göstərir ki, nə Ermənistan, nədəki Rusiyanın Qarabağda müvəqqəti yerləşmiş rəsmən sülhməramlı sayılan hərbi kontingentinin qanadı altına sığınan erməni separatçıları 44 günlük müharibənin nəticələri ilə heç cürə barışmaq istəmir və 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirməkdən ən müxtəlif üsullarla boyun qaçırırlar.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan kimi quldur köpəklərin, müharibə canilərinin son günlər verdiyi revanşist bəyanatlar da necə deyərlər, küləyin hansı səmtdən (və ya səmtlərdən) əsdiyini göstərir. Nikol Paşinyanın növbəti üçtərəfli görüşdən boyun qaçırması, sülhməramlıların öz vəzifələrini yerinə yetirməyə səy göstərməməsi, Rusiya XİN-in yaydığı mübahisəli bəyanatlar ortada böyük oyunların oynanılmasından xəbər verir. ATƏT-in Minsk “üçlü”sünün – ABŞ, Fransa və Rusiyanın mövqeləri yenidən üst-üstə düşməyə başlayır. Paşinyan da bundan istifadə edib müxtəlif manevrlərə əl atır və bu yolla həm sərhədlərin demarkasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, həm də Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı atmalı olduğu addımları qəsdən yubadır.

Ancaq ortada hansı geosiyasi oyunların cərəyan etməsindən asılı olmayaraq Azərbaycan tərəfi heç bir halda öz prinsipial mövqeyindən geri çəkilməməli, güzəştlərə getməməli və Ermənistanı üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməyə məcbur etməlidir. Bizim buna qalib tərəf kimi haqqımız çatır. Bu mənada Ermənistan müdafiə nazirinin Qarabağa qanunsuz səfərinə Azərbaycan Müdafiə Nazirliyinin kifayət qədər sərt münasibət bildirməsini tamamilə düzgün hesab edirik. Təcrübə onu göstərir ki, bundan sonra Dəmir Yumruğumuz hər zaman “Damokl qılıncı” kimi ermənilərin başı üzərində hazır vəziyyətdə olmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş