Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək Bakıda bir sıra fəsadlar törədib, bir neçə avtomobili AŞIRIB-FOTOLAR



Newscenter.az.10.11.2021. Güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Hadisə Yasamal rayonu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaxınlığında qeydə alınıb.

Belə ki, güclü külək nəticəsində ağac yol kənarında dayanmış avtomobillərin üzərinə aşıb. Avtomobillərə ciddi ziyan dəyib.



XXX

Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanda isə güclü külək magistral yolda yük maşınının aşmasına səbəb olub. Güclü küləyin təsirindən aşan yük maşını onun yaxınlığındakı minik avtomobilinə də zərər vurub. Baş vermiş hadisə səbəbindən magistral yolda tıxac yaranıb.



NEWSCENTER.AZ
Xəbəri paylaş