Newscenter.az.10.11.2021. Amerika nəhəngi Google, Avropa Məhkəməsində Avropa Birliyinə qarşı prosesi uduzdu və indi onu nəhəng cərimə, həm də yeni iddialar gözləyir.
Avropa Birliyi məhkəmələrinin iyerarxiyasında ikinci olan Avropa Ədalət Məhkəməsi Google-un arqumentlərini rədd etdi və Avropa Komissiyasının antiinhisar orqanının iddialarını qəbul etdi.
Məhkəmə Avropa Birliyinin Google qarşı "sistemli şəkildə rəqabət qaydalarını pozması" ittihamı ilə 2,4 milyard avroluq cərimələdi.
Google AB arealında axtarış nəticələrində ancaq öz alış-veriş aqreqatorunu tətbiq edirmiş.
Keçən il isə Avropa Birliyi İrlandiyanın Apple qarşı 13 milyard avroluq cərimə vəsadətini qəbul etmişdi. Amma sonra ABŞ məhkəmələri AB-nin Apple qarşı bu məhkəmə qərarını ləğv etmişdi.
Bu dəfə isə qərar AB üzv ölkə tərəfindən deyil məhz AB özü tərəfindən qaldırılıb və bu qərar təkcə Goolge üçün deyil, həm də digər Amerika texnoloji nəhəngləri üçün – “Apple”dan tutmuş, əvvəllər “Facebook” kimi tanınan Meta-ya qədər ciddi problemlər vəd edir.
Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert