Newscenter.az.10.11.2021. Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki konsulluğunun təşkilatçılığı ilə Zəfər gününə həsr edilmiş “Qarabağ işğaldan sonra: İnvestisiya imkanları” adlı konfrans keçirilib.
Newscenter.az-a Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulluğundan daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın fəxri konsulu Əfqan Salmanov qeyt etdi ki, 10 min kvadrat kilometr ərazisinin işğaldan azad edilməsi Azərbaycanın investisiya imkanlarını genişləndirib. İşğaldan azad edilən ərazilərin bərpası prosessində ölkəmiz dost ölkələrdən olan xarici investorlarla sıx əməkdaşlıq etməyə hazırdır. Əfqan Salmanov konsulluğun Azərbaycanın investisiya imkanları ilə maraqlanan potensial investorlarla dacamlı əməkdaşlıq, informasiya ilə təmin edilmə və əlaqələndirmə prosessində aktiv rol alacağını qeyd etdi.
Daha sonra Azərbaycanın investisiya imkanlarından bəhs edən video təqdimat nümayiş etdirildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini cənab Niyazi Səfərov konfransda çıxış edərək Azərbaycanın investisiya imkanlarını, prioritet sahələr və təqdim edilən stimullaşdırıcı iqtisadi alətlər barədə konfrans iştirakçılara məlumat verdi. Niyazi Səfərov İqtisadiyyat Nazirliyinin Ukraynalı investorlara Azərbaycan bazarına daxil olması üçün dəstək göstərməyə hazır olduğunu ifadə etdi.
Qeyd etdi ki, Azərbaycan bazarında istehsalın təşkili 30 milyonluq ixrac bazarına asan və sürətli çıxış imkanı təqdim edir ki, bunun nəticəsində şirkətlər ixrac yönümlü istehsal sahələri yaratmaqla öz fəaliyyətlərini daha sürətli şəkildə genişləndirə bilərlər.
Təqdimatdan sonra keçirilən diskusiyalar zamanı investorlar Azərbaycanda təqdim edilən imkanların maraq doğurduğunu və qısa müddət ərzində ölkəmizə biznes səfərlərinə getmək niyyətlərini ifadə etdilər. Azərbaycanın fəxri Konsulu Əfqan Salmanov və Azərbaycan Respublikası İqtisadiyyat Naziri Niyazi Səfərov investorların bu istəklərinin reallaşdırılması dəstək göstəriləcəyini ifadə etdilər.
Sevinc