Newscenter.az.10.11.2021. Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.
Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.