Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alı Mustafayev küçəsinin yan yolları əsaslı şəkildə təmir edilib - VİDEO



Newscenter.az.11.11.2021. 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində agentlik tərəfindən yenidənqurma işləri aparılıb.

2 hərəkət zolaqlı olmaqla, eni ortalama 8 metr təşkil edən Alı Mustafayev küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Newscenter.az-a AAYDA-dan bildirilib ki, layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb. Küçə boyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunub.

Bundan başqa səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bununla da cari ilin “İnvestisiya Proqramı”na əsasın rayon ərazisində ümumi uzunluğu 6 km-dən çox olan 12 küçənin əsaslı təmiri işləri icra olunub.

Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.



Sevinc
Xəbəri paylaş