Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
Tarix: 11-11-2021, 11:49
Newscenter.az.11.11.2021. "İlkin araşdırmalara görə, Amnistika Aktı Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində 8 800 nəfər məhkuma şamil olunması gözlənilir".
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: "Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".












































