Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Hicran Hüseynova qazilərdən ibarət “QARABAĞ AMPUTE FUTBOL KLUBU" üzvləri ilə görüşüb



Newscenter.az.11.11.2021. Millət vəkili Hicran Hüseynova qazilərdən ibarət “QARABAĞ AMPUTE FUTBOL KLUBU" üzvüləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, millət vəkili klubun məqsədi, fəaliyyəti və yığma tərkibi ilə tanış olaraq onlara bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, Qarabağ futbol klubunun məqsədi I və II Qarabağ müharibəsində aşağı ətraflarını itirmiş oyunçu kimi yuxarı ətrafını itirmiş qapıçı kimi Qazilər, habelə əlilliyi olan şəxslər arasında futbol idman növünün inkişafına nail olmaqdır. Klub həmçinin “Qarabağ - Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin və AFFA - Azərbaycan Futbol Federasiyaları üzvvüdür.

Görüşdə klubun üzvləri Məmmədov Çingiz, Abdullayev Elnur, Quliyev Rauf, Teymurov Əkrəm və həmçinin Azərbaycanın tanınmış veteran futbolçusu Nazim Süleymanovda iştirak edib.

Görüş zamanı deputat Hicran Hüseynova qazilərimizlə 44 günlük Vətən müharibəsindən söz açaraq onları Zəfər bayramı münasibəti ilə təbrik edib, bu bayramı və sevinci onlara borclu olduğumuzu bildirərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə də tez zamanda sağlamlıqlarına qovuşmağı arzu edib.

Millət vəkili Hicran Hüseynova onların gündəlik qayğıları ilə maraqlanıb, müvafiq dəstək və istiqamətləndirmələr edib. Həmçinin dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və qazilərimizə göstərdikləri diqqətdən danışılıb.

Görüşün sonunda Qarabağ futbol klubunun üzvlərinə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosiyasiyası ilə birlikdə Bakı Tekstil Fabriki tərəfindən ərzaq və qeyri ərzaq məhsullardan hədiyəlik qutular təqdim olunaraq, xatirə şəkil çəkilib.

Arzu
Xəbəri paylaş