Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlarımız Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək



Newscenter.az.11.11.2021. Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.

Newscenter.az xəbər verir ki, deputatlarımız noyabrın 14-də keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər
.
Daha sonra Milli Məclisin deputatları dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Arzu
Xəbəri paylaş