Güclü külək Bakıda 4 avtomobili aşırıb
Tarix: 11-11-2021, 09:34
Newscenter.az.11.11.2021. Güclü külək Bakıda bir sıra fəsadlar törədib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, noyabrın 10-da müxtəlif saatlarda Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 4 yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobillərə maddi ziyan dəyib.












































