Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlilliyi olan şəxslər üçün fashion şou təşkil olunacaq



Newscenter.az.11.11.2021. Kekalove Adaptive startapının təşkilatçılığı, Hyatt Regency otelinin ev sahibliyi, Almaniya və Fransa Səfirliyinin dəstəyi ilə artıq ikinci dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilicək. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şou Kekalove Adaptive və KekaMaps.com tərəfindən birgə keçirilən İnklüziya Fesitvalının bir hissəsi kimi təşkil olunur.

Newscenter.az Fashion şou dekabrın 3-ü saat 19:00-da Hyatt Regency otelində baş tutacaq. Tədbirdə Fransanın Azərbaycandakı səfiri cənab Zaxari Qros və digər diplomatik missiyaların xarici nümayəndələri iştirak edəcək.

Tədbiri işıqlandırmaq üçün jurnalistləxəbər verir ki, r aşağıdakı tədbirlərə dəvət edilir:

Fransa Səfirliyi ilə birgə mətbuat konfransı - 02 Dekabr 12:00 (ünvan: Caspian Business Center 2-ci mərtəbə)

Əlilliyi olan şəxslərlə moda nümayişi - 03 dekabr 19:00 (ünvan: Hyatt Regency Conference Center, Quba Ballroom)

İştirak etmək niyyəti olan jurnalistlərdən bu anketi dolduraraq (https://forms.gle/8TyqiV3XTWQ2MrJF6) qeydiyyatdan keçmək xahiş edilir.

Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ikinci tədbiridir.

Arzu
Xəbəri paylaş