Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda şadlıq sarayının sahibi 4000 manat cərimə olunub



Newscenter.az.11.11.2021. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Yenikənd kəndində yerləşən “İSAQ PLAZA” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Qaydaları pozan şadlıq sarayının sahibi Səxavət Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4000 manat cərimə edilib.

Mehman
Xəbəri paylaş