Newscenter.az. 12.11.2021. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə media nümayəndələri ilə görüş keçirib. Newscenter.az-a İstehsalat Birliyindən verilən məlumata görə, “Açıq qapı” aksiyasında Birliyin baş direktoru mətbuat nümayəndələri tərəfindən ünvanlanan bütün sualları cavablandırıb. Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə daha şəffaf və operativ əlaqə yaratmaq üçün “Azəriqaz” İB media nümayəndələrinə hər həftənin 5-ci günü “Açıq qapı” aksiyasının imkanlarından istifadə edərək, onları maraqlandıran sualları birbaşa olaraq Birliyin baş direktoruna ünvanlamaq üçün şərait yaradır.
Qeyd edək ki, bu, “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə keçirilən sayca 4-cü görüşdür. Media nümayəndələri üçün aksiyada iştirak etmək tamamilə könüllüdür. “Açıq qapı” aksiyası hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır. Bir daha mətbuat nümayəndələrini “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırırıq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Xəbər 12.11.2021 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-p
NEWSCENTER.AZ