Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb



Newscenter.az.12.11.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu birgə Vətən müharibəsinin birinci ildönümü münasibətilə “” mövzuda keçirdiyi rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Newscenter.az-a daxil olan xəbərə görə, tədbir iştirakçıları öncə rəsm sərgisi ilə tanış olublar.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib ki, keçirilmiş müsabiqələrin məqsədi şanlı Zəfərin rəsm əsərləri və inşa yazıları ilə tarixin səhifələrində öz yerini alması, şagirdlərin hadisələri, Zəfər hissini daha yaxşı mənimsəmələri və torpaqlarımızın işğaldan azad edilməsinə misilsiz fədakarlıq və vətənpərvərlik örnəyi göstərən qəhrəmanlarımızın xatirəsini uca tutmaqdır.

Ramil Vəlibəyov 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını ifadə edib. O, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. YAP Nizami rayon təşkilatının sədri məktəblilərin çəkdikləri rəsmləri və yazdıqları inşaları yüksək qiymətləndirib, gələcəyimiz olan şagirdləri milli vətənpərvərlik ruhunda yetişdirən müəllimlərə və valideynlərə təşəkkür edib.

Çıxış edən Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq şanlı Zəfər qazanan Azərbaycan Ordusu əsl qəhrəmanlıq salnaməsi yazıb. Qeyd edib ki, şanlı Zəfər Azərbaycana əvəzedilməz sevinc hissi və bayram bəxş edib. Ən saf və səmimi duyğulara sahib olan şagirdlər də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək oldu. Zəfər Günü onlarda milli-mənəvi duyğuları gücləndirib.

Daha sonra müsabiqələrin nəticələri elan edilib və mükafatlandırma mərasimi keçirilib. Məlumat verilib ki, müsabiqələrə ümumilikdə 20 məktəb üzrə 40 iş təqdim olunub. Aparılan obyektiv qiymətləndirmə nəticəsində rəsm müsabiqəsi üzrə I yerə
II yerə
III yerə,

İnşa müsabiqəsində isə I yerə, II yerə və III yerə layiq görülüblər.
Şagirdlərə Fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilib.

Ruhiyyə
Xəbəri paylaş