Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTV dövlətə vergi borcu olan şirkəti tender qalibi edib



Newscenter.az.13.11.2021. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “HIRA CONSTRUCTION AND SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə dəyəri 48584 AZN (48 min 584 manat) olan satınalma müqaviləsi imzalayıb.

AbzasMedia xəbər verir ki, müqavilədə havalandırma sistemlərinin alınıb və quraşdırılması işləri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan “HIRA CONSTRUCTION AND SUPPLY” MMC 5 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin 4 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, “HIRA CONSTRUCTION AND SUPPLY” MMC-nin dövlətə 885,81 AZN (885 manat 81 qəpik) vergi borcu var.

Bu qədər böyük maliyyə dəyəri olan tenderdə dövlətə vergi borcu olan şirkət necə qalib gəlib, bu, sual altındadır.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​ Yəni AzTV-nin bu tenderi Azərbaycan qanunvericiliyinə uyğun keçirilməyib.
Xəbəri paylaş