Bakıda çoxmərtəbəli binada yanğın olub, 10 nəfər təxliyə edilib
Tarix: 13-11-2021, 23:39
Newscenter.az.13.11.2021. Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və çıxış kabeli 5 p.m yanıb.
Newscenter.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.