Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapılıb



Newscenter.az.13.11.2021. Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş