Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Badminton Federasiyasının fəaliyyəti ilə tanış olub



Newscenter.az.13.11.2021. Noyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Badminton Federasiyasının fəaliyyəti ilə tanış olub.

Newscenter.az xəbər verir ki, badminton üzrə milli komandanın üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın vitse-prezidenti Balakişi Qasımov, milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Mehman
Xəbəri paylaş