Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus "sülhməramlıları"nın əsas məqsədi sabitliyi deyil, erməniləri qorumaqdır



Newscenter.az.13.11.2021. Bu gün Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçusu tərəfindən insident törədilib. Belə ki, erməni terrorçu Norayr Mirzoyan Şuşanın Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası ilə hücum edib. Postda olan bir hərbiçimiz yaralanıb.

Erməni terrorçunun bu hərəkəti etməsində isə səbəb kimi noyabrın 8-də hələ də Qarabağda qalan erməni terrorçularının diversiya cəhdi zamanı terrorçu Martik Eremyanın öldürülməsi göstərilib. İddialara görə Norayr Mirzoyan qardaşının qisasını almaq üçün yük maşınında Azərbaycan hərbçilərinin blok-postuna yaxınlaşıb və ora əl qumbarası atıb. Rus "sülhməramlıları" isə həmin erməni terrorçunu saxlayaraq Ermənistan tərəfinə təhvil verib.

Baş vermiş insident bir neçə məsələnin hələ də aktual olduğunu göstərir.

1. 10 noyabr 2020-ci il bəyannaməsinə Rusiya və Ermənistan tərəfindən əməl edilməməsini və erməni terrorçularının hələ də Qarabağda saxlanılmasını,
2. Rus "sülhməramlıları"nın əsas məqsədinin sabitliyi qorumaq deyil, erməniləri qorumaq olduğunu,
3. Rusiya üçün Qarabağda qalıcı barışdan daha çox qalıcı münaqişənin olmasını.
4. Rusiya Qarabağda olduqca regionda stabilliyin olmayacağını.
5. Xankəndidə terrorçu və qondarma rejmi saxlamaq Rusiyanın digər bölgələrdə olduğu kimi Qarabağda da separatçılığa və terrorçuluğa dəstək vermək arzusunda olduğunu,
6. Azərbaycanın Türkiyə və digər dövlətlərlə yaxınlaşmasının Rusiyanı həddən artıq narahat etdiyini,
7. Heç bir təzyiq və təsirlərə baxmayaraq Azərbaycan tərəfindən Qarabağda anti-terror əməliyyatları keçirməli olduğunu.
8. Rusiyanın Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsini istəmədiyini.

Bütün bu qeyd etdiklərimi ümumiləşdirərək onu deyə bilərəm ki, Rusiyanın atdığı addımlardan belə nəticəyə gəlmək olar ki, Moskvanın Cənubi Qafqazla, xüsusilə də Qarabağla bağlı niyyətləri heç də saf deyil. Özünün Cənubi Qafqazda varlığını qorumaq üçün daimi münqişə tərəfdarıdır. Proseslər göstərir ki, II Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq Zəngəzur dəhlizinin açılmamamsının da arxasın Rusiya faktoru olduğu görünür.

Samir Hümbətov-siyasi ekspert
Xəbəri paylaş