Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Leyla Əmrahova yazır: Həyata qadın və ya kişi olaraq gəlməyin heç bir fərqli xüsusiyyəti yoxdur



Newscenter.az.14.11.2021. Düşünürəm ki,

Həyata qadın və ya kişi olaraq gəlməyin heç bir fərqli xüsusiyyəti yoxdur. Mənə görə ən vacibi bu məqamdan başlayır.. İnsan olaraq gəlirik. Eyni havanı uduruq, eyni dünyanın üzərində gəzirik. Nədən narazıyıq???

Bu gündən, atıb keçmişin ən ağır yüklərini həyatına yeni bir rəng qat. Elə də çətin deyil.

Yemək, mənzərə və musiqi ilə başlaya bilərsən. Bir yerdən başlamaq istəyirsənsə əgər, dünənini dünəndə qoymaqdan başla.
Özünü gümrah hiss etmək istəyirsənsə, gedə biləcəyin yolun rəsmini çəkməyi öyrənməlisən.

Bu gün də olmasa, bir müddət sonra bunları etmək əvvəlki qədər maraqlı gəlməyəcək, yaşlanacaqsan, bəlkə gözlərində eynək ətrafın gözəlliklərini görməkdə çətinlik çəkəcəksən, amma hiss etmən, toxunuşların dəyişməyəcək. Ruhun, yaşamaq istəyin, həyata bağlılığın özündən asılıdır.
Ən sevdiyin insanlara zaman ayır. Klassik musiqi altında şam yeməyinə apar dostunu, ən sevdiyin insanları. Dəyər verdiyin, dəyər gördüyün insanları. Mənzərə ilə qalın baş başa. O qədər gözəl xatirəsi qalacaq ki, sizə..

Baxımlı olun, amma gözəlliyinizi kosmetoloji prosedurlara, əməliyyatlara qurban verməyin. Ən gözəl görüntü sadə qalmaqdır.
İşlər yolunda getmirsə getmir, yaxşıya aparmayın, getmirsə demək ki, bu gün bunu yaşamalıymışsan, yaşa. Ən çətinini də gör, ən dərinə, dibə də düş. Amma, qalxmağı bacar.

Həyatlar bənzərən yaşanılır. Dünyanın o biri tərəfində bəlkə də, biriləri ilə bərabər mətn yazıram. Biriləri mütləq ki, eyni şeyləri düşünür.
Boş vaxtlarınızda, əsla boş vaxtım yoxdur deməyin, kifayət qədər vardır bilirəm, hər nəysə, özünüzə suallar verin. Bir sual verin ki, bu günə kimi nə etmisiniz, kimsiniz, nə üçün mübarizə aparırsınız?

Şikayətə başlayacaqsınızsa, burda sonlandırın bu mətni. İstəmirəm, şikayətlərinizi eşitmək. Bir nəticə üçün burdayıq, birlikdə bir şey edək deyirəm, bir yol axtaraq.

Sizə xoş gələn, sizi xoş edən insanlarla görüşün artıq.

Xəyallarıma, ruhsal düşüncələrimə, ümidlərimin ən xoş görüntüsünə kölgə salan insanlarla işim yoxdur artıq..
Bu gün dünənindən daha pissən, amma sabah bu günündən daha yaxşı ola bilərsən...
sevgilərlə..

Leyla Əmrahova
Xəbəri paylaş