İranda 6,1 bal gücündə zəlzələ baş verib
Tarix: 14-11-2021, 17:02
Newscenter.az.14.11.2021. İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.