Newscenter.az.14.11.2021. Türkiyənin İstanbul şəhərində “Zəfərə doğru addımla” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, İstanbulda Bayrampaşa Bələdiyyəsində baş tutan tədbir “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirin keçirilməsinə dəstəyi isə Bayrampaşa Bələdiyyəsi Bultürk Mərkəzi və Azərbaycan Gənclər Fondu verib.
“Zəfərə doğru addımla” layihəsi çərçivəsində İstanbul şəhərində təşkil olunan eyniadlı tədbirin tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsidir.
Mehman